“Fənərbaxça”nın yeni transferi İstanbulda
19.08.2025 - 10:01
“Fənərbaxça”nın yeni transferi İstanbulda

"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirmək üzrədir.

Apasport.az xəbər verir ki, klub Dorgeles Neneni rənglərinə bağlamağa yaxındır.

"Sarı-lacivərdlilər" 22 yaşlı malili hücumçu və klubu ilə razılıq əldə edib.

"Zaltsburq"un futbolçusu gecə saatlarında İstanbula gəlib.

Qeyd edək ki, Nene ötən mövsüm 49 matçda 15 qol, 9 assistlə yadda qalıb.