"Fənər"də 2 itki birdən: Cavab matçında iştirak etməyəcəklər
20.02.2026 - 14:48
"Fənər"də 2 itki birdən: Cavab matçında iştirak etməyəcəklər

"Fənərbaxça"nın heyətində ciddi itki baş verib. 

Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər" "Nottingem Forest"ə qarşı cavab oyununda 2 futbolçusunun xidmətindən yararlana bilməyəcək.  

Buna səbəb tərəflər arasında baş tutan ilk oyunun 69-cu və əsas vaxta əlavə edilmiş 1-ci dəqiqəsində Ceydon Ostervolde və Fredin sarı kart alması olub. Cəzalı vəziyyətə düşən hər iki oyunçu cavab matçında forma geyinə bilməyəcək. 

Qeyd edək ki, UEFA Avropa Liqasının pley-off mərhələsində İngiltərə təmsilçisi “Nottingem Forest”i qəbul edən İstanbul klubu 0:3 hesabı ilə məğlub olub. Komandalar arasında cavab oyunu fevralın 27-də səfərdə keçiriləcək.