
Türkiyə Super Liqasının XXIII turu çərçivəsində "Qalatasaray" "Adana Dəmirspor"la üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, görüş qonaqların 33-cü dəqiqədə meydandan çəkilməsi ilə yarıda saxlanılıb.
Super Liqa təmsilçilərindən "Fənərbaxça" bununla bağlı paylaşım edib.
Həmin açıqlamanı sizə təqdim edirik:
"Qeyri-qanuni müqavilələr, qara bazar biletleri və qeyri-qanuni reklamlarınızla dövlətimizə və Türkiyə Futbol Federasiyasına ziyan vurursunuz. Rəhbərlik etdiyiniz media nümayəndələriniz və qeyri-səmimi açıqlamalarınız cəmiyyəti aldadır, illərdir yalnış hərəkətlər edən futbolçularınızla hakimləri və futbol azarkeşlərini çaşdırmağa davam edirsiniz! Sizin sayənizdə nə inam qalıb, nə də ədalət! Amma ən günahsız və qurban olan hələ də sizsiniz! Təbrik edirik, türk futbolunu görün nə hala gətirmisiniz".
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?