"Fənər"dən sonra “Beşiktaş” da Azərbaycanı təbrik edib - YENİLƏNİB
18.10.2025 - 14:33
"Fənər"dən sonra “Beşiktaş” da Azərbaycanı təbrik edib - YENİLƏNİB

"Fənərbaxça"dan sonra "Beşiktaş" Futbol Klubu da Azərbaycanı 18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.

Apasport.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi sosial media hesablarından paylaşım edilib:

"Can və qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun".

****
11:13

Türkiyənin "Fənərbaxça" klubu 18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.

Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi sosial şəbəkə hesabında paylaşım edib:

"Dost və qardaş ölkə Azərbaycanın Müstəqillik Günü mübarək olsun".