"Fənər"dən "Spartak"a - RƏSMİ
09.09.2025 - 12:10
"Fənər"dən "Spartak"a - RƏSMİ

"Fənərbaxça"nın futbolçusu Aleksandr Ciku karyerasını Rusiyada davam etdirəcək.

Apasport.az xəbər verir ki, 31 yaşlı müdafiəçi "Spartak"a transfer olub.

Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. 

Razılaşmaya əsasən, "sarı-lacivərdlilər" oyunçunun keçidindən 2,5 milyon avro gəlir əldə edəcək. Futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Qana millisinin üzvü olan Ciku 2023-cü ildən "Fənərbaxça"da çıxış edirdi.