“Fənər”in forvardı zədələnib
17.08.2025 - 18:05

“Fənərbaxça”nın futbolçusu Cenk Tosun zədələnib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı hücumçu Türkiyə Super Liqasının I turunda “Göztəpə” ilə keçirilən səfər oyunundan (0:0) sonra onun qasıq nahiyəsinin sağ tərəfində əzələ zədəsi aşkar edilib.
Qeyd edək ki, Cenk Tosun ötən mövsümün əvvəlindən "Fənər"də çıxış edir.
0
0