"Fənərbaxça"nın yarımmüdafiəçisi Fred ölkəsinə qayıda bilər.
Apasport.az xəbər verir ki, "Atletiko Mineyro" braziliyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə ESPN nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, artıq klublar arasında Fred üçün ilkin danışıqlar başlayıb. İstanbul nəhəngi 33 yaşlı oyunçunu satmağın əleyhinə deyil. Oyunçunun özü də bu keçidə müsbət yanaşır.
Qeyd edək ki, “Fənərbaxça” Fredi 2023-cü ildə “Mançester Yunayted”dən 9,74 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm “sarı-lacivərdlilər”in heyətində keçirdiyi 45 rəsmi oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Spallettidən Martinez açıqlaması – "Hazırda iki qapıçımız var"
- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi