Ferdi Kadıoğlu "Brayton"da
23.08.2024 - 22:07
Ferdi Kadıoğlu "Brayton"da

Super Liqa təmsilçilərindən "Fənərbaxça"nın futbolçusu Ferdi Kadıoğlu İngiltərə Premyer Liqa komandalarından olan "Brayton"la müqavilə bağlamağa hazırlaşır

Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.

"Brayton" Ferdi Kadıoğlunun transferi üçün "Fənərbaxça" ilə anlaşıb. Transferin tezliklə rəsmiləşəcəyi gözlənilir. Türkiyə millisinin üzvü artıq İngiltərəyə yola düşüb

"Brayton" Ferdi Kadıoğlunu 30 milyon avronu keçən transfer qiyməti ilə heyətinə qatacaq. Müqaviləyə sonrakı satışdan pay da daxildir.

Futbolçu "Brayton"la 5 illik müqavilə imzalayacaq.

2018-ci ildə Hollandiya komandalarından "NEC Nijmegen"dən "Fənərbaxça"ya transfer olan Ferdi Kadıoğlu "sarı-lacivərdlilər"in heyətində 204 matça çıxıb.

24 yaşlı futbolçu bu matçlarda 18 qol vurub, 22 məhsuldar ötürmə edib.

Ferdi Kadıoğlu "Fənərbaxça" ilə Türkiyə Kubokunu qazanıb.

 

0