İngiltərə Premyer Liqasının ikinci turunda “Mançester Yunayted” səfərdə “Brayton”la qarşılaşıb.
Apasport.az xəbər verir ki, "Mançester Yunayted" 90+5-ci dəqiqədə qol buraxaraq matçı xalsız tərk edib.
"Brayton" 32-ci dəqiqədə Denni Uelbekin vurduğu qolla 1:0 önə keçib və matçın ilk yarısı bu nəticə ilə yekunlaşıb.
"Mançester Yunayted" 60-cı dəqiqədə gənc cinah oyunçusu Amad Diallo ilə hesabı bərabərləşdirib. "Brayton" 90+5-ci dəqiqədə Joao Pedronun vurduğu qolla yenidən önə keçərək matçı 2:1 qazanıb.
Beləliklə, "Brayton" xallarını 6-ya yüksəldib, "Mançester Yunayted" isə 3 xalda qalıb.
“Mançester Yunayted” gələn həftə liqada əzəli rəqibi “Liverpul”u qəbul edəcək. “Brayton” isə səfərdə “Arsenal”la qarşılaşacaq.
Qeyd edək ki, Uelbek keçmiş komandası “Mançester Yunayted”ə qarşı keçirdiyi 10-cu matçda 5-ci qolunu vurub.