"Ferents Puşkaş" mükafatının qalibi bəlli olub - VİDEO
16.12.2025 - 23:20
"Ferents Puşkaş" mükafatının qalibi bəlli olub - VİDEO

Argentinanın "İndependyente" klubunun futbolçusu Santyaqo Montielin qolu 2025-ci il üçün "Ferents Puşkaş" mükafatına layiq görülüb.

Apasport.az xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.

O, Argentina çempionatının XVI turunda "İndependyente Rivadavia" ilə matçda vurduğu qola görə təltif edilib.

Qeyd edək ki, namizədlər arasında daha 10 futbolçunun adı yer alıb. Santyaqo Montiel cari mövsüm komandasının heyətində 36 oyunda yeddi qol vurub və dörd məhsuldar ötürmə edib.