Fermin Lopez Premyer Liqa təmsilçilərinin radarında
22.08.2025 - 14:33

"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopez ilə İngiltərə Premyer Liqası təmsilçiləri yaxından maraqlanırlar.
Apasport.az xəbər verir ki, "Çelsi" və "Mançester Yunayted" ispaniyalı futbolçunu rənglərinə bağlamaqda israrlıdır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Hər iki klub 22 yaşlı oyunçu üçün 80 milyon avroluq rəsmi təklif göndərib.
"Barselona" rəhbərliyi bu transferin reallaşması ilə qeydiyyat problemlərinin aradan qalxacağına inansa da, Hansi Flik Fermini satmaq niyyətində deyil.
0
0