İspaniya millisi 2026-cı il dünya çempionatındakı qələbədən sonra FIFA tarixində ilk dəfə çempionluq üzüyü ilə mükafatlandırılıb.
Apasport.az xəbər verir ki, FIFA bu yeniliyi ABŞ-ın məşhur idman ənənəsindən ilhamlanaraq tətbiq edib. NFL və NBA-da uzun illərdir çempion komandalara təqdim olunan üzüklər bundan sonra futbol üzrə dünya çempionatının qaliblərinə də veriləcək.
İspaniya millisinin bütün futbolçularına və məşqçilər korpusunun üzvlərinə xüsusi hazırlanmış, fərdiləşdirilmiş çempionluq üzükləri təqdim olunub.
Üzüklərin üzərində komandanın çempionluğunu əks etdirən xüsusi elementlər və hər sahibinin adı həkk edilib.
Bu, Dünya çempionatı tarixində ilk belə mükafatlandırma olub.
Qeyd edək ki, İspaniya millisi finalda Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu adını qazanıb.