FIFA-dan La Liqa klubuna TRANSFER QADAĞASI
13.02.2026 - 10:22
FIFA-dan La Liqa klubuna TRANSFER QADAĞASI

İspaniya La Liqası təmsilçisi “Atletik” transfer qadağası ilə üzləşib.

Apasport.az xəbər verir ki, bununla bağlı qərarı FIFA qəbul edib.

Qərara əsasən, komanda qarşıdakı üç transfer dönəmində heyətinə yeni oyunçu qata bilməyəcək.

Qeyd edək ki, “Atletik” La Liqada 28 xalla 10-cu pillədə qərarlaşıb.