FIFA iki türk klubunu CƏZALANDIRIB
27.03.2026 - 14:26
FIFA iki türk klubunu CƏZALANDIRIB

FIFA Türkiyənin “Kayserispor” və “Amedspor” klublarına transfer qadağası tətbiq edib.

Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Super Liqa təmsilçisi “Kayserispor” növbəti üç transfer dövründə yeni oyunçuların qeydiyyatını həyata keçirə bilməyəcək.

I Liqada çıxış edən “Amedspor” isə qadağa aradan qaldırılana qədər qeyri-müəyyən müddətli cəza ilə üzləşib.