Flik üçün əlamətdar matç: ”300”ə çatdı
06.04.2026 - 11:50
"Barselona" Hans-Diter Flikin rəhbərliyi altında vurduğu qolların sayını 300-ə çatdırıb.
Apasport.az xəbər verir ki, bu, İspaniya La Liqasının XXX turunun "Atletiko" ilə matçına təsadüf edib.
Görüş kataloniyalıların 2:1 hesablı qələbəsi ilə nəticələnib. Mütəxəssis bu rəqəmə 107-ci oyunda çatıb.
Həmin qarşılaşmalarda ən məhsuldar futbolçu Robert Levandovskidir. Onun hesabında 58 qol var. Rafinya 53, Lamin Yamaldır isə 39 qola imza atıb.
0
0