Fransa millisinin qolkiperi "Çelsi" yolunda
04.06.2025 - 12:31

"Çelsi" Fransa millisinin qapıçısı ilə müqavilə bağlamaq niyyətindədir.
Apasport.az xəbər verir ki, London təmsilçisi "Milan"ın futbolçusu Mayk Maignan ilə maraqlanır.
"Çelsi"nin 29 yaşlı fransızla danışıqları müsbət nəticələnib. "Mavilər" tezliklə "Milan"a ilk təkliflərini göndərəcəklər.
"Milan"ın qapıçısını 25-30 milyon avroya buraxa biləcəyi gözlənilir.
0
0