Fransa millisinin üzvü "Barsa"nın hədəfində
20.04.2026 - 22:36
PSJ-nin futbolçusu Bredli Barkola karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Barselona" fransalı vingeri transfer etmək istəyir.
Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
Paris klubu 23 yaşlı oyunçuya 80 milyon avro qiymət qoyub.
Qeyd edək ki, PSJ Bredli Barkolanı 2023-cü ilin yayında "Lion"dan 45 milyon avroya transfer edib. Fransa millisinin üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0