Fransalı futbolçu daha 5 il "Aston Villa"da - RƏSMİ
25.07.2025 - 11:19
Fransalı futbolçu daha 5 il "Aston Villa"da - RƏSMİ

"Aston Villa" fransalı yarımmüdafiəçi Bubakar Kamara ilə müqavilə müddətini uzadıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı futbolçu ilə 2030-cu ilə qədər yeni razılaşma əldə olunub.

Kamara 2022-ci ildə Fransanın "Marsel" klubundan Birmingem təmsilçisinə transfer olunub. O, bu müddət ərzində "Aston Villa"nın heyətində 97 oyuna çıxaraq, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Bubakar Kamara indiyədək Fransa millisinin heyətində 5 oyun keçirib.