Fransalı müdafiəçi ölkəsinə qayıdıb
02.09.2025 - 14:27

"İnter"in üzvü Benjamin Pavard karyerasını ölkəsində davam etdirəcək.
Apasport.az xəbər verir ki, fransalı müdafiəçi "Marsel"ə keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçu bir illik icarə əsasında Liqa 1 təmsilçisinin uğurları üçün mübarizə aparacaq.
Qeyd edək ki, Fransa millisinin üzvü olan Pavard daha əvvəl “Bavariya” və “Ştuttqart”ın da heyətində çıxış edib.
0
0