Futbol dünyasından daha bir ulduz ayrılır - KARYERASINI SONLANDIRACAQ
26.09.2025 - 13:51
Futbol dünyasından daha bir ulduz ayrılır - KARYERASINI SONLANDIRACAQ

“İnter Mayami”nin futbolçusu Serxio Buskets mövsümün sonunda karyerasını başa vuracaq.

Apasport.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında açıqlama verib.

O, MLS-də bu ilin sonunda yekunlaşacaq mövsümlə birlikdə futbolçu karyerasına nöqtə qoyacaq.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Buskets 2008–2023-cü illərdə Kataloniya klubunun əsas komandasında çıxış edib. Təcrübəli oyunçu 2023-cü ilin yayında “İnter Mayami”yə transfer olunub.