Futbolçular FIFA-ya məhəl qoymur
21.06.2022 - 16:44
“Zenit”in əcəbi futbolçuları Malkom və Klaudinyo komandada qalacaq.
Apasport.az saytının məlumatına görə, bunu braziliyalı yarımmüdafiəçilərin meneceri Luis Fernando Qarsiya açıqlayıb.
O bildirib ki, FIFA əcnəbi oyunçulara Rusiya klubları ilə müqaviləni pozmaq ixtiyarı versə də, Klaudinyo və Malkolm buna məhəl qoymayacaq. Hər iki “sambaçı” növbəti mövsümün sonuna qədər olan müqaviləsinə sadiq qalacaq.
Qeyd edək ki, FIFA 2023-cü il iyunun 30-dək Rusiya klubları ilə müqaviləsi olan əcnəbi futbolçulara bunu pozmaq hüququ verib.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
1
0