Gözlənilən oldu - Qattuzo istefa verdi
03.04.2026 - 16:43
Gözlənilən oldu - Qattuzo istefa verdi

Futbol üzrə İtaliya millisində daha bir ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, yığmanın baş məşqçisi Cennaro Qattuzo istefa verib.

Bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, daha əvvəl qurumun prezidenti Qabriele Qravina və nümayəndə heyətinin rəhbəri Cianluici Buffon da istefa vermişdi.