Gözü sabiq hücumçusunda
24.06.2022 - 16:57
“Ayaks” Dortmund “Borussiya”sına keçməyə hazırlaşan Sebastyen Alleyə əvəzləyici tapıb.
Apasport.az saytının məlumatına görə, Niderland klubu sabiq futbolçusu Luis Suaresə elçi düşüb.
Amsterdamlılar “Atletiko” ilə müqaviləsi başa çatan Uruqvay millisinin üzvü ilə danışıqlara başlayıb. 35 yaşlı forvard hazırda azad agent olduğundan, onun keçidi havayı başa gələ bilər. Futbolçu özü də Braziliyadan təkliflər almasına baxmayaraq, Avropada qalmaq niyyətindədir.
Qeyd edək ki, Luis Suares 2007-2011-ci illərdə “Ayaks”da çıxış edib.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0