Norveç millisinin hücumçusu Erlinq Haaland DÇ-2026-da Braziliya üzərində qazanılan qələbədən sonra maraqlı açıqlamalar verib.
Apasport.az xəbər verir ki, 24 yaşlı futbolçu qol instinkti ilə bağlı danışıb.
“Bu turnirdə bir neçə dəfə zirvəyə çatdığımı düşünmüşdüm, amma hər dəfə qarşıma fəth etməli olduğum daha yüksək zirvə çıxdığını gördüm. Oyunlarda bir və ya iki fürsət əldə edirəm və adətən bunlar qolla nəticələnir. Düzünü desəm, nə etdiyimi özüm də bilmirəm, mən sadəcə belə biriyəm.
Mənim həyatım qol vurmaqdır. Hər şey tam konsentrasiyadan asılıdır. Həmin fürsət yarananda nə etməli olduğumu dəqiq bilirəm. Adətən ayağıma çox top gəlmir. Gələndə isə ondan maksimum yararlanmağa çalışıram”, - deyə Haland bildirib.
Qeyd edək ki, Haland Norveç millisinin heyətində keçirdiyi son 14 rəsmi oyunun hamısında fərqlənib. O, bu qarşılaşmalarda ümumilikdə 27 qol vurub.
- Qana millisində istefa - Keyruş postundan ayrıldı
- Niklas Süle futbola qayıtdı - 9-cu liqa klubuna keçdi
- Belçika Federasiyası FIFA-ya etiraz etdi - Baloqun qərarı mübahisə yaratdı
- Ronaldo: “Nə vaxt istəsəm, onda gedəcəyəm, siz istəyəndə yox”
- Baloqunun cəzası təxirə salındı - Trampdan FIFA-ya təşəkkür