Haaland yenə zirvədə - ƏN YAXŞISI SEÇİLDİ
10.10.2025 - 14:46

İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu ada “Mançester Siti”nin futbolçusu Erlinq Haaland layiq görülüb.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
25 yaşlı hücumçu "şəhərlilər"in heyətində ötən ay iştirak etdiyi 3 rəsmi oyunda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Norveç millisinin üzvü karyerası ərzində 4-cü dəfə bu mükafatı qazanıb.
0
0