Haci rəsmən Rumıniya millisində
07.04.2026 - 12:48
Haci rəsmən Rumıniya millisində

Rumıniya millisinin yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, bu barədə Rumıniya Futbol Federasiyası məlumat yayıb.

Komanda George Haciyə tapşırılıb. O, bu postda Mirça Luçeskunu əvəzləyib.

Qeyd edək ki, Haci bunadək "Farul"un baş məşqçisi olub.