Hakan Çalhanoğlu zədələnib
26.06.2025 - 18:36

“İnter” itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Hakan Çalhanoğlu zədələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hakan Klublararası Dünya Çempionatının “River Pleyt”lə (2:0) qrup mərhələsi matçında sıradan çıxıb.
Türkiyəli futbolçu pley-offda “Fluminense” ilə görüşü buraxa bilər.
0
0