"Hall Siti"nin yeni baş məşqçisi bəlli oldu
11.06.2025 - 14:17

Acun Ilıcalının sahibi olduğu "Hall Siti"də yeni baş məşqçinin adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, Çempionşip klubu Sergey Yakiroviçlə anlaşıb.
Klub yeni baş məşqçisi ilə 2+1 illik müqavilə imzaladıqlarını açıqlayıb.
48 yaşlı bosniyalı sonuncu dəfə Türkiyənin "Kayserispor" klubunu çalışdırıb.
0
0