İngiltərə millisinin hücumçusu Harri Keyn İtaliya yığmasının dünya çempionatına vəsiqə qazanmadığını unudub.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu DÇ-2022-nin favoritlərini açıqlayarkən Skuadra Adzurranın da adını çəkib.
O, Avropanın bir neçə komandası ilə yanaşı, Cənubi Amerika təmsilçiləri Braziliya ilə Argentinanı da siyahıya əlavə edib: “Çox yaxşı komandalar var. Avropanın nəhəng yığmaları - biz, Almaniya, Fransa, İspaniya, İtaliya, həmçinin Braziliya və Argentina dünya çempionatının favoritləridir. Dünyanın hər yerində yüksək səviyyəli komandalar var. Mundialın qalibi olmaq üçün çox yüksək səviyyədə 7 oyun keçirmək lazımdır”.
Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı