"Hatayspor"da yeni baş məşqçi
14.01.2025 - 16:45
Türkiyənin "Hatayspor" klubunun yeni baş məşqçisi açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti açıqlama yayıb.
Komandanı Murat Şahin çalışdıracaq. Onunla 1.5 illik müqavilə imzalanıb.
Murat Şahin bu vəzifədə təyinatından 3 ay sonra istefaya göndərilən Rza Çalımbayı əvəzləyib.
48 yaşlı mütəxəssis ilk dəfə baş məşqçi kimi işləyəcək. O, buna qədər müxtəlif klublarda köməkçi məşqçi vəzifəsində çalışıb.
- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ
- Hans-Ditr Flik: “Sabah” La Liqa komandası səviyyəsindədir”
0
0