Super Liqa təmsilçilərindən "Beşiktaş"ın yeni prezidenti bu gün bəlli olacaq.
Apasport.az xəbər verir ki, prezidentliyə namizəd Hüseyn Yücel növbədənkənar qurultayda çıxış edib.
Yücel səsvermədəki rəqibi Serdal Adalı barəsində bunları deyib:
"Gəlir ekosistemi yaratdım. "Beşiktaş"ın xəzinəsinə 86,8 milyon avro gətirmək üçün gücləri birləşdirdim. Bu mənzərə bəziləri üçün xəyal olsa da, mənim üçün reallıqdır. Öz sektorunda öndə gedən şirkətlər komandaya sponsor oldu. Dünən eşitdik ki, bir inşaat firmasının müdiri hörmətli prezident namizədi (red. Serdal Adalı) tərəfindən təhdid edilib. Niyə "Beşiktaş"a gəlir gətirəcək bu səmimi ortaqlığa böhtan atırsınız? Hörmətli Adalı, bu böhtanlara ayırdığınız zamanı daha yaxşısını etməyə sərf edin, sizi alqışlayacağıq".
Qeyd edək ki, “ağ-qaralar”ın növbədənkənar seçkili ümumi yığıncağında Hüseyn Yücel və Serdal Adalı prezidentlik uğrunda mübarizə aparır.
- Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən bir stadionda
- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ