İbrahimoviç İtaliyaya qayıdır
13.01.2025 - 16:13
"Bavariya"nın futbolçusu Arion İbrahimoviç karyerasını İtaliyada davam etdirəcək.
Apasport.az xəbər verir ki, bu barədə Roma klubunun mətbuat xidməti məlumat yayıb.
O, icarə əsasında "Latsio"ya keçib. İbrahimoviç mövsümün sonuna qədər A seriyası təmsilçisində oynayacaq.
"Latsio" mövsümün sonunda almaniyalı hücumçunu transfer etmək istəsə, 8-10 milyon avro ödəməli olacaq.
Qeyd edək ki, 19 yaşlı futbolçu "Bavariya"nın yetirməsidir. Ö, ötən mövsüm icarə əsasında İtaliyanın "Frosinone" klubunda ıxış edib və 16 matçda 1 qol vurub.
- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ
- Hans-Ditr Flik: “Sabah” La Liqa komandası səviyyəsindədir”
0
0