İkardi "Fənərbaxça" derbisi üçün İstanbula gəldi - FOTO
23.02.2025 - 10:26
İkardi "Fənərbaxça" derbisi üçün İstanbula gəldi - FOTO

İkardi İstanbula gəldi

Zədə səbəbindən mövsümü bağlayan "Qalatasaray"ın argentinalı forvardı Mauro İkardi sabah Super Liqada oynanılacaq "Fənərbaxça" derbisi öncəsi İstanbula gəlib.

Apasport.az xəbər verir ki, İkardinin sosial media hesabındakı ardıcıl paylaşımları diqqət çəkib.

Derbidə komanda yoldaşlarını tək qoymaq istəməyən və İstanbula gələn İkardi sabah axşam keçiriləcək matçı tribunadan izləyəcək.

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" derbisi fevralın 24-ü, Bakı vaxtilə saat 21:00-da start götürəcək. 

İkardinin paylaşımı

Mauro İkardinin gözlədiyi baş verdi: Gecə yarısı paylaşdı - 1-ci Şəkil