"Qalatasaray"dan ayrılan Mauro İkardi karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Məlumata görə, La Liqa təmsilçiləri "Betis" və "Valensiya" argentinalı hücumçunun transferində maraqlıdır.
Bildirilib ki, UEFA Çempionlar Liqasında çıxış edəcək "Betis" bu transferdə daha üstün tərəf hesab olunur. Bununla yanaşı, İkardinin əsas istəyinin İtaliya A Seriyasından gələcək təklifləri dəyərləndirmək olduğu vurğulanıb.
Qeyd edək ki, 32 yaşlı hücumçu 2025/26 mövsümündə "Qalatasaray"ın heyətində bütün turnirlərdə 47 oyunda 16 qol vurub, 3 məhsuldar ötürmə edib.