İlkay Gündoğan “Qalatasaray”da: DETALLAR AÇIQLANDI
02.09.2025 - 22:47

"Qalatasaray" növbəti transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" İlkay Gündoğanı rənglərinə bağlayıb.
Bunu klubun mətbuat xidməti açıqlayıb.
Bildirilir ki, onunla 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb. Almaniyalı futbolçu üçün iki mövsüm "Mançester Siti"yə 4,5 milyon avro ödəniləcək. Ümumilikdə İlkayın transferi 9 milyon avroya başa gələcək.
0
0