Immobile "Bolonya"da
10.07.2025 - 21:21
Immobile "Bolonya"da

Məşhur italyan futbolçu Çiro İmmobile "Bolonya" ilə müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bu barədə komandanın rəsmi saytı məlumat yayıb.

İmmobile 1 mövsümlük müqavilə imzalayıb.

Onun maaşı 1,8 milyon avro olacaq və bonuslar da nəzərə alınmaqla, məbləğ 2 milyona qədər arta bilər.

Ötən mövsüm 35 yaşlı hücumçu Türkiyənin "Beşiktaş" klubunda çıxış edib. O, bütün turnirlərdə 41 matçda 19 qol vurub və 4 məhsuldar ötürmə edib.