
“Nottingham Forest”un futbolçusu Morqan Gibbs-Uayt Premyer Liqada klubunu dəyişəcək
Apasport.az xəbər verir ki, “Tottenhem” ingiltərəli hücumameyilli yarımmüdafiəçinin transferini həll edib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
London klubu Gibbs-Uayt üçün onun klubuna 60 milyon funt-sterlinqlik sərbəst qalma məbləğini ödəyəcək. 25 yaşlı oyunçu tibbi müayinədən keçdikdən sonra “Tottenhem”lə müqavilə imzalayacaq.
Qeyd edək ki, “Nottingham Forest” Morqan Gibbs-Uaytı 2022-ci ilin yayında “Vulverhempton”dan transfer edib. İngiltərə millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində 38 rəsmi matçda 7 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.