İngiltərə millisinin üzvü daha 5 il “Arsenal”da - RƏSMİ
27.06.2025 - 11:22
İngiltərə millisinin üzvü daha 5 il “Arsenal”da - RƏSMİ

İngiltərə Premyer Liqası komandalarından "Arsenal" futbolçusu ilə müqavilə yeniləyib.

Apasport.az xəbər verir ki, London təmsilçisi Maylz Lyuis-Skellinin sözləşməsinin müddətini uzadıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı sol cinah müdafiəçisi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, İngiltərə millisinin üzvü ötən mövsüm "topçular"ın heyətində meydana çıxdığı 42 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.