İngiltərə millisinin üzvü “Marsel”də - RƏSMİ
12.06.2025 - 17:58

"Lill"lə müqaviləsi başa çatan Ancel Qomesin yeni klubu müəyyənləşib.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi "Marsel"ə transfer olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ancel Qomes 2020-ci ilin yayından "Lill"də çıxış edirdi.
24 yaşlı oyunçu ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0