İngiltərədə ən yaxşı baş məşqçinin adına aydınlıq gəlib
10.10.2025 - 16:38
İngiltərədə ən yaxşı baş məşqçinin adına aydınlıq gəlib

İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, "Kristal Pelas"a rəhbərlik edən Oliver Qlasner ötən ayının ən yaxşısı seçilib.

Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

51 yaşlı avstriyalı mütəxəssisin baş məşqçisi olduğu kollektiv sentyabr ayında Premyer Liqada keçirdiyi 3 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib.

Qeyd edək ki, Oliver Qlasner 2024-cü ilin fevral ayında "Kristal Pelas"ın baş məşqçisi təyin olunub.