İngiltərəli forvard Bundesliqanın ən yaxşısı seçildi
21.05.2025 - 21:25

Almaniya Bundesliqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu ada "Bavariya"nın forvardı Harri Keyn layiq görülüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Bavyera təmsilçisinin heyətində Almaniya çempionu olan 31 yaşlı hücumçu 31 oyunda 26 qol vurub, 10 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0