İngiltərəli müdafiəçi qərarını verdi - “Fənər”ə gəlir
12.07.2025 - 16:22

"Milan" və "Fənərbaxça"nın transfer etmək istədiyi Arçi Broun qərarını verib.
Apasport.az xəbər verir ki, "Gent"in müdafiəçisi "sarı-lacivərdlilər"in təklifini qəbul edib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İngiltərəli futbolçu bu gün İstanbula gedərək tibbi müayinədən keçəcək.
Broun "Fənərbaxça" ilə 4+1 illik müqavilə imzalayacaq. 23 yaşlı sol cinah müdafiəçisinin illk maaşı 1,5 milyon avro olacaq.
Qeyd edək ki, futbolçu ötən mövsüm "Gent"in heyətində meydana çıxdığı 46 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0