İngiltərəli vinger A Seriyası klubunda - RƏSMİ
24.08.2025 - 17:17
İngiltərəli vinger A Seriyası klubunda - RƏSMİ

"Marsel"in ingiltərəli vingeri Conatan Rov karyerasını İtaliyada davam etdirəcək.

Apasport.az xəbər verir ki, futbolçu "Bolonya"ya transfer olub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 22 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb. "Bolonya" bu keçid üçün qarşı tərəfə 17 milyon avro ödəyəcək.

Qeyd edək ki, Conatan ötən mövsüm "Marsel"in heyətində meydana çıxdığı 30 rəsmi matçda 3 qol və 4 assistlə yadda qalıb.