İngiltərəli yarımmüdafiəçi daha 5 il “Siti”də - RƏSMİ
27.09.2025 - 09:55
İngiltərəli yarımmüdafiəçi daha 5 il “Siti”də - RƏSMİ

İngiltərə Premyer Liqası təmsilçisi "Mançester Siti" yarımmüdafiəçisinin taleyi ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, "şəhərlilər" ingiltərəli Niko O'Rayli ilə müqaviləni yeniləyib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı oyunçu ilə 2030-cu ilin yayına qədər sözləşmə imzalanıb.

Qeyd edək ki, Niko "Siti"nin heyətində çıxış etdiyi 13 rəsmi matçda 2 qolla yadda qalıb.