“İnter” baş məşqçi Simone İnzaqi ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, “neradzurra”nın A seriyasında sona bir tur qalmış çempionluq şansı az olsa da, rəhbərlik 46 yaşlı mütəxəssisin fəaliyyətindən razıdır.
Bu üzdən italiyalı çalışdırıcı ilə yeni müqavilənin detallarının müzakirəsinə start verilib. Milanlılar İnzaqiyə daha bir il uzatmaq şərti ilə 2024-cü ilin yayına qədər sözləşmə təklif edib. Klub eyni zamanda onun 4,2 milyon avroluq illik maaşını 5,3 milyona artırmağı planlaşdırır.
Qeyd edək ki, A seriyasında ikinci pillədə qərarlaşan “İnter” (81 xal) lider “Milan”dan 2 xal geri qalır.
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI