“İnter” finala yüksəlib
03.01.2025 - 11:48
İtaliya Superkubokunun yarımfinalında "İnter" "Atalanta"nı 2:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, hər iki qolu Denzel Dumfris vurub.
Digər yarımfinalda bu gün “Yuventus”la “Milan” qarşılaşacaq. Qalib komanda final görüşündə "İnter"in rəqibi olacaq.
Qeyd edək ki, bu qarşılaşma "Milan"ın yeni baş məşqçisi Serjiu Konseysaunun "qırmızı-qaralar"ın "sükan"ı arxasında ilk oyunu olacaq.
Final yanvarın 6-da baş tutacaq.
- Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən bir stadionda
- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ
0
0