“İnter” Fransa millisinin üzvü ilə maraqlanır
15.08.2025 - 12:12
“İnter” Fransa millisinin üzvü ilə maraqlanır

"Roma"nın futbolçusu Manu Kone A Seriyasında klubunu dəyişə bilər.

Apasport.az xəbər verir ki, "İnter" fransalı yarımmüdafiəçini transfer etmək istəyir.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İddialara görə, Milan təmsilçisi 24 yaşlı oyunçu üçün 50 milyon avro ödəməyi planlaşdırır.

Qeyd edək ki, Fransa millisinin üzvü olan Kone ötən mövsüm "Roma"nın heyətində meydana çıxdığı 45 rəsmi matçda 2 qol və 3 assistlə yadda qalıb.