“İnter” heyətini yeni futbolçu ilə gücləndirib - RƏSMİ
04.06.2025 - 20:25
“İnter” heyətini yeni futbolçu ilə gücləndirib - RƏSMİ

"İnter" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, A Seriyası nəhəngi "Dinamo"dan Petar Suçiçi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"İnter" 21 yaşlı dayaq yarımmüdafiəçisi üçün Xorvatiya klubuna 14 milyon avro təzminat ödəyib. 

Futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Xatırladaq ki, "Dinamo" Petar Suçiçi 2022-ci ilin yanvar ayında "Zirinski Mostar"dan transfer etmişdi.

Xorvatiya millisinin üzvü başa çatan mövsümdə komandasının heyətində meydana çıxdığı 32 rəsmi  matçda 7 qol, 4 məhsulsdar ötürmə ilə yadda qalıb.