“İnter Mayami”də ayrılıq - RƏSMİ
15.04.2026 - 09:06
MLS təmsilçisi "İnter Mayami"də ayrılıq baş verib.
Apasport.az xəbər verir ki, Lionel Messinin də çıxış etdiyi komanda baş məşqçi Xavier Maskerano ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 41 yaşlı mütəxəssislə müqaviləyə xitam verilib.
Qeyd edək ki, Maskerano 2025-ci ilin yanvar ayından "İnter Mayami"yə rəhbərlik edirdi. Onun rəhbərliyi altında ABŞ təmsilçisi keçirdiyi 67 rəsmi matçda 38 qələbə, 15 heç-heçə və 14 məğlubiyyət qeydə alıb.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0