“Sassuolo”nun müdafiəçisi Tarik Muharemoviç İtaliyada klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, “İnter” bosniyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə “Calciomercato” nəşri məlumat yayıb.
Milan təmsilçisi Muharemoviçlə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. “İnter” 23 yaşlı mərkəz müdafiəçisi üçün onun klubu ilə danışıqlara başlamağa hazırlaşır.
Qeyd edək ki, “Sassuolo” Tarik Muharemoviçi 2024-cü ilin yayında “Yuventus”dan transfer edib. Bosniya və Herseqovina millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!